Təlimlər

Liderlik təlimi

Bu təlim proqramı iştirakçılara liderlik üzrə fərqli modellərini həm nəzəri, həm də praktiki baxımdan hərtərəfli başa düşməyi izah edir. Proqram liderlik rolları və vəzifələrinin incəliklərinə toxunacaq, iştirakçıları təşkilati məqsədlərə nail olmaq üçün komandalara ilham vermək, motivasiya etmək və rəhbərlik etmək üçün, zəruri liderlik bacarıqları ilə təmin edəcəkdir.

Komanda idarəolunması

Komanda İdarəetməsi təlimi, menecerləri və komanda liderlərini yüksək nəticə verən komandalar qurmaq, idarə etmək və inkişaf etdirmək üçün lazım olan bacarıqlarla təmin etməyə yönəlib. Təlim effektiv ünsiyyət və tapşırıq verməkdən, münaqişələrin həllinə və komandanın motivasiyasına qədər bir sıra mövzuları əhatə edir.

Dəyişikliklərin idarəedilməsi

Dəyişiklik hər yerdə mövcuddur və effektiv dəyişikliklərin idarəedilməsi bu günkü liderlər üçün vacib bir bacarıqdır. Bu təlim, iştirakçılara dəyişiklikləri uğurla idarə etmək və komandalarını, keçid proseslərində rəhbərlik etmək üçün lazım olan bilik və bacarıqları öyrədir.

Təsir və təsir etmənin əsasları

Təsir, biznesdə effektiv liderlik üçün əsas bacarıqdır. Bu təlim iştirakçılara öz ideyalarını peşəkar şəkildə təqdim etmək, auditoriyanı ideyalara inandıraraq satmağı təmin edəcək. Təlim, manipulyasiya və təsir arasındakı incə fərqləri də araşdıracaq
və iştirakçıların inandırıcı texnikaların etik nəticələrini başa düşmələrini təmin edəcək.

Performansın idarə olunması

Performans idarəetməsi təlimi, işçi performansını optimallaşdırmaq, məhsuldarlığı artırmaq və yüksək performans mədəniyyətini inkişaf etdirmək istəyən təşkilatlar üçün vacibdir. Bu təlim menecerləri və işçiləri zəruri bacarıq və biliklərlə təmin edərək, effektiv məqsəd qoyma, mütəmadi geribildirim, performans qiymətləndirmə və inkişaf planlaması proseslərini həyata keçirməyə imkan verir.

Menecerlər üçün işə qəbul bacarıqları

İşə qəbul bu gün bizneslər üçün getdikcə daha vacib hala gəlir. Yaxşı qurulmuş işə qəbul prosesi, təşkilatın imicinə müsbət təsir göstərir və ən yaxşı istedadları cəlb edir. Bu təlimin sonunda siz, biznesin uğuru üçün işə qəbulun əhəmiyyətini və bütün işə qəbul dövrünə peşəkar yanaşmanın vacibliyini dərindən anlayacaqsınız.

Biznes etika

Bu təlim proqramı iştirakçıları etik davranış mədəniyyətini təşviq etmək üçün zəruri bilik və bacarıqlarla təmin etmək üçün hazırlanmışdır. İştirakçılar etik liderlik sahəsindəki ən son trendləri öyrənəcəklər. Müzakirələr, praktiki nümunələr və interaktiv məşqlər vasitəsilə iştirakçılar biznes qərarlarının etik nəticələrini dərindən anlayacaq və etik dilemləri necə həll etməyi öyrənəcəklər.

Konfliktlərin idarə edilməsi

Bu təlim proqramı iştirakçıları həm şəxsi, həm də peşəkar mühitdə münaqişələri effektiv şəkildə idarə etmək üçün vacib bacarıqlarla təmin etmək məqsədi daşıyır. Nəzəri biliklər və praktiki məşqlərin birləşməsi vasitəsilə iştirakçılar münaqişələri erkən mərhələdə tanımağı, onların əsas səbəblərini başa düşməyi və münaqişələri dinc və məhsuldar şəkildə həll etmək üçün strategiyalar tətbiq etməyi öyrənəcəklər.

Kritik düşüncə

Tənqidi düşüncə bu günün mürəkkəb dünyada ən vacib bacarıqlardan biridir. Məlumatları təhlil etməyə, arqumentləri qiymətləndirməyə və məlumatlı qərarlar qəbul etməyə imkan verir. Güclü tənqidi düşüncə bacarığını inkişaf etdirərək, daha effektiv problem həll edən, yaradıcı düşünən fəal lider ola bilərik. Bu təlim sizə lazımlı alət və texnikalar vasitəsi ilə daha tənqidi düşünən insan olmaq yollarını göstərəcək.

İnkişaf təfəkkürü

İnkişaf təfəkkürü fərdlərə və təşkilatlara dinamik biznes mühitində inkişaf etmək imkanı verir. İnkişaf təkəkkürünü inkişaf etdirərək, təşkilatlar innovativliyi təşviq edə, işçilərin əhval-ruhiyyəsini artıra, problem həll etmə bacarıqlarını gücləndirə və uyğunlaşma qabiliyyətini yaxşılaşdıra bilərlər. Nəticədə, inkişaf təfəkkürü təşkilatın tam potensialını açaraq uzunmüddətli uğuru təmin edir.

İnsan resursları biznes tərafdaş

Bu proqram İR mütəxəssislərinə strateji bilikləri artırmaq və biznes üçün faydalı həllər yaratmaq bacarıqlarını artırmaq məqsədi ilə hazırlanmışdır. Təlim qlobal İR-nın ən yaxşı təcrübələri və praktik həlləri əsasında hazırlanıb.

Gələcək karyeranıza doğru növbəti addımı atmağa hazırsınızmı?