Performansın idarə olunması

Performans idarəetməsi təlimi, işçi performansını optimallaşdırmaq, məhsuldarlığı artırmaq və yüksək performans mədəniyyəti qurmaq istəyən təşkilatlar üçün nəzərdə tutulub. Təlim menecerləri və işçiləri effektiv məqsəd qoyma, mütəmadi geribildirim, performans qiymətləndirmə və inkişaf planlaması proseslərində zəruri bacarıq və biliklərlə təmin edir.

Bu yanaşma insan resursları inkişafı və HR strategiyaları çərçivəsində işçi məmnuniyyətini artırmağa, peşəkar inkişaf planı hazırlamağa və təşkilat daxilində davamlı məhsuldarlıq yaratmağa kömək edir.

Çay fasiləsi11:00 – 11:15
Nahar fasiləsi13:00 – 14:00

Mövzular:

Fərdi performans komponentləri
Performans dövrü
Məqsəd təyin etmə (SMART, KPI, OKR, Balanced Score cards)
Bacarıq növləri və bacarıqları necə müəyyənləşdirmək
Şəxsi inkişaf
Performansın müşahidəsi
Geridönüş növləri və konstruktiv geridönüş prinsipləri
Performans qiymətləndirmə ünsiyyətinin quruluşu

Bu təlimin sonunda iştirakçılar:

✅ Məqsəd qoyma, performansın qiymətləndirilməsi və geribildirim daxil olmaqla, Performans idarəetmə dövrünün əsas komponentlərini mənimsəyəcək.
✅ “Feedback sandwich” və “GROW Model” kimi texnikalardan istifadə edərək konstruktiv geribildirim vermə bacarığını inkişaf etdirəcək.
✅ KPI, OKR və SMART məqsəd çərçivələrindən istifadə edərək aydın və əldə edilə bilən məqsədlər qoymağı öyrənəcək.
✅ Agile performans idarəetməsi və davamlı performans idarəetməsi kimi performans idarəetməsində yeni trendləri dərindən anlayacaq.

Gələcək karyeranıza doğru növbəti addımı atmağa hazırsınızmı?