Menecerlər üçün işə qəbul bacarıqları
İşə qəbul müasir bizneslər üçün strateji əhəmiyyət daşıyan prosesdir. Bu təlim menecerlərə düzgün namizəd seçimi, müsahibə bacarıqları və peşəkar işə qəbul dövrünün idarə olunması ilə bağlı praktik biliklər qazandırır.
Proqram insan resursları inkişafı və HR strategiyaları çərçivəsində istedadların cəlb edilməsi, təşkilatın imicinin gücləndirilməsi və uzunmüddətli uğur üçün işə qəbulun əhəmiyyətini vurğulayır. Təlimin sonunda iştirakçılar ən yaxşı istedadları cəlb etmək və işə qəbul prosesinə peşəkar yanaşma tətbiq etmək bacarıqlarına sahib olacaqlar.
- 2 gün (16 saat)
- 10:00 – 18:00
- 16 iştirakçı (max)
- 3 fərdi fəaliyyət
- 4 komanda fəaliyyəti
| Çay fasiləsi | 11:00 – 11:15 |
| Nahar fasiləsi | 13:00 – 14:00 |
Mövzular:
| İşə qəbul prosesi |
| Fərdi performans komponentləri |
| Cəlbedici İşçi Dəyər Təklifi (EVP) hazırlanması |
| Vəzifə analizi və vəzifə təsviri |
| Oriyentasiya prosesi |
| Karyera inkişafı addımları |
| Sınaq müddəti |
| Bacarıq əsaslı müsahibə (Davranış və Situasiya əsaslı) |
| STAR müsahibə metodu |
| İşgüzar etika və işə qəbulda etik prinsiplər |
Bu təlimin sonunda iştirakçılar:
✅ İşə qəbul proseslərini qlobal standartlara uyğunlaşdırmağı
bacaracaqlar.
✅ Ən yaxşı istedadları cəlb etmək üçün, aydın və cəlbedici İşçi
Dəyər Təklifi (EVP) hazırlamağı öyrənəcəklər.
✅ Əsas fərdi performans komponentlərini müəyyən etməyi
bacaracaqlar.
✅ Bacarıq əsaslı müsahibə texnikalarını mənimsəyəcəklər.
✅ Oriyentasiya, karyera inkişafı addımları və sınaq müddətinin
vacibliyini anlayacaqlar.
✅ STAR müsahibə metodologiyasını tətbiq edəcəklər.
✅ Biznesdə və müsahibə prosesində işgüzar etikaya effektiv
şəkildə üstünlük verməyi öyrənəcəklər.