Liderlik təlimi
Bu təlim proqramı iştirakçılara liderlik bacarıqları və idarəetmə təlimi üzrə əsas modelləri həm nəzəri, həm də praktiki baxımdan öyrədir. Proqramda komanda idarəçiliyi, motivasiya proqramları və performans idarəetməsi mövzularına toxunulur. Məqsəd təşkilati transformasiya və insan resursları inkişafını dəstəkləyərək iştirakçıların liderlik potensialını gücləndirməkdir.
Eyni zamanda HR təlimi və HR strategiyaları vasitəsilə işçi inkişaf planı və karyera inkişafı üzrə zəruri bacarıqlar formalaşdırılır. Təlimdə əldə olunan biliklər liderlərin yalnız dəyişikliklərin idarə olunması deyil, həm də işçi məmnuniyyəti və uzunmüddətli nəticələr yaratmaq üçün effektiv yanaşma qurmalarına imkan verir.
- 2 gün (16 saat)
- 10:00 – 18:00
- 16 iştirakçı (max)
- 4 fərdi fəaliyyət
- 4 komanda fəaliyyəti
| Çay fasiləsi | 11:00 – 11:15 |
| Nahar fasiləsi | 13:00 – 14:00 |
Mövzular:
| Liderlik tarixi |
| Liderlik meylləri |
| Lider – kimdir? |
| Fərdi performans komponentləri |
| Liderin rolu |
| Transformasiyalı liderlik |
| Xidmətçi liderlik |
| Konstruktiv geribildirim |
| Motivasiya nəzəriyyələri və liderlik |
Bu təlimin sonunda iştirakçılar:
✅ Transformasiyalı liderlik, xidmətçi liderlik və s. əsas liderlik nəzəriyyələrini mənimsəyəcəklər.
✅ Addım-addım prosesə uyğun olaraq effektiv konstruktiv geribildirim verməyi öyrənəcəklər.
✅ Liderin rolunu dərin şəkildə başa düşəcəklər və komandanı necə motivasiya edib ilhamlandıra biləcəklərini öyrənəcəklər.
✅ Öz liderlik üslubunuzu müəyyən edəcək və fərqli situasiyalara uyğunlaşdıracaqlar.
✅ Komanda üzvləri ilə güclü, əməkdaşlığa əsaslanan münasibətlər quracaqlar.
✅ Münaqişələri effektiv və diplomatik şəkildə həll etməyi öyrənəcəklər.