Kritik düşüncə
Tənqidi düşüncə bu günün mürəkkəb iş və həyat şəraitində ən vacib bacarıqlardan biridir. Bu təlim iştirakçılara məlumatları təhlil etmək, arqumentləri qiymətləndirmək və məlumatlı qərarlar qəbul etmək üçün praktik üsullar təqdim edir.
Proqram çərçivəsində yaradıcı düşüncə texnikaları, problem həll etmə strategiyaları və effektiv qərarvermə bacarıqları öyrədilir. Güclü tənqidi düşüncə qabiliyyətlərini inkişaf etdirən iştirakçılar daha analitik yanaşma formalaşdıracaq, eyni zamanda liderlikdə obyektiv qərarlar qəbul etməyi öyrənəcəklər
- 1 gün (8 saat)
- 10:00 – 18:00
- 16 iştirakçı (max)
- 2 fərdi fəaliyyət
- 3 komanda fəaliyyəti
| Çay fasiləsi | 11:00 – 11:15 |
| Nahar fasiləsi | 13:00 – 14:00 |
Mövzular:
| Niyə qərar qəbul etmək çətin ola bilər? |
| Qarşı fikirlərlə necə mübarizə aparmaq olar? |
| Beynimiz reallığı necə formalaşdırır: kognitiv çərçivələr |
| Niyə beynimiz nümunələr yaradır? |
| Mənfi düşüncə nümunələrindən qaçınma |
| Çağırışları yeni perspektivdən qiymətləndirmək |
| Zehininizi idarə etmək |
| Təsir etmə sənəti |
Bu təlimin sonunda iştirakçılar:
✅Qərar qəbul etmənin çətinliklərini və mürəkkəbliyini
anlayacaqlar.
✅ Koqnitiv çərçivələri tanıyıb onlara qarşı çıxmağı öyrənəcəklər.
✅ Zehni blokları və mənfi düşüncə nümunələrini aşmaq üçün
strategiyalar inkişaf etdirəcəklər.
✅ Çağırışları və fürsətləri yeni perspektivdən qiymətləndirərək
müsbət düşüncəyi təşviq edəcəklər.
✅ Ünsiyyət bacarıqlarını və başqalarını inandırma qabiliyyətini
yaxşılaşdıracaqlar.
✅ Stress və narahatlığı idarə edərək kognitiv performansı
artıracaqlar.