22 İyun 2025-ci il tarixində KHHR Consultancy şirkətinin Təsisçisi, Təlimçisi və Biznes Müşaviri Kamil Hüseynov Global HR Forum 2-də çıxış edib.
Çıxışı zamanı Kamil Hüseynov iştirakçılarla İnsan Resursları funksiyasının daha da effektiv olması üçün KHHR Consultancy tərəfindən aparılan araşdırmaları təqdim etdi və 5 əsas çağırışları irəli sürdü:
- İnsan Resursları (İR) mütəxəssisləri biznesi daha dərindən öyrənsinlər və anlasınlar.
- CEO ilə “onun dilində” danışsınlar. Maliyyə göstəriciləri əsasında İR hesabatları təqdim etsinlər.
- Davamçıları İR və digər biznes funksiyalarında inkişaf etdirsinlər.
- Müəssisələrdə düzgün kommunikasiyanı inkişaf etdirsinlər.
- Öz HR otaqlarını tərk edib iş sahələrinə çıxsınlar və orada çalışanlarla ünsiyyət quraraq onlara dəstək olsunlar.