Dəyişikliklərin idarəedilməsi
Dəyişiklik hər bir təşkilatda qaçılmazdır və effektiv dəyişikliklərin idarə olunması bu günün liderləri üçün əsas bacarıqlardan biridir. Bu təlim iştirakçılara dəyişikliklərin idarə olunması üzrə praktiki metodları öyrədir, onları komanda idarəçiliyi və liderlik bacarıqları ilə gücləndirir.
Proqram insan resursları inkişafı və HR strategiyaları çərçivəsində performans idarəetməsi, işçi inkişaf planı və karyera inkişafı kimi sahələrə dəstək verir. Təlim nəticəsində iştirakçılar motivasiya proqramları, işçi məmnuniyyəti və təşkilati transformasiya proseslərində uğurlu nəticələr əldə etmək üçün zəruri HR təlimi biliklərinə sahib olurlar.
- 2 gün (16 saat)
- 10:00 – 18:00
- 16 iştirakçı (max)
- 3 fərdi fəaliyyət
- 4 komanda fəaliyyəti
| Çay fasiləsi | 11:00 – 11:15 |
| Nahar fasiləsi | 13:00 – 14:00 |
Mövzular:
Dəyişiklik idarəetməsi nədir? | 1 |
| Niyə bəzən idarəetmə təşəbbüslərində dəyişiklik uğursuz olur? | 2 |
| Dəyişiklik idarəetməsi formulası | 3 |
| Rahat zona | 4 |
| Uğur hekayələri | 5 |
| İnkişaf düşüncəsi | 6 |
| Emosional dəyişiklik əyrisi | 7 |
| SWOT və Güc sahəsi analizləri | 8 |
| John Cotter-in dəyişiklik idarəetməsi üzrə 8 prinsipi | 8 |
Bu təlimin sonunda iştirakçılar:
✅ Dəyişikliklərin idarəolunması əsaslarını başa düşəcək.
✅ Uğurlu dəyişiklik həyata keçirilməsində qarşıya çıxan ümumi
əngəlləri müəyyən edəcək.
✅ Dəyişiklik təşəbbüslərinin irəliləyişini izləyəcək, nəticələri
qiymətləndirəcək və uğurunu ölçəcək.
✅ Dəyişiklik zamanı insanların keçdiyi emosional yolu başa
düşəcək və bu mərhələlərdə işçiləri dəstəkləməyi öyrənəcək.
✅ Dəyişiklikləri ölçmək üçün SWOT və Güc sahəsi analizləri
kimi analitik alətləri tətbiq edəcək.
✅ Uğurlu dəyişiklik təşəbbüslərini həyata keçirmək üçün Cotterin 8 addımlı dəyişiklik modelindən istifadə edəcək.