Biznes etika

Bu təlim proqramı iştirakçıların etik davranış mədəniyyətini təşviq etmək və etik qərarvermə bacarıqlarını inkişaf etdirmək üçün hazırlanmışdır. İştirakçılar etik liderlik sahəsində ən son trendlərlə tanış olacaq, real nümunələr üzərində biznes qərarlarının nəticələrini təhlil edəcək və etik dilemləri həll etmə bacarıqları qazanacaqlar.

Müzakirələr, praktiki nümunələr və interaktiv məşqlər vasitəsilə iştirakçılar təşkilatlarda şəffaflıq, etibar və etik mədəniyyət qurmaq üçün zəruri biliklər əldə edəcəklər.

Çay fasiləsi11:00 – 11:15
Nahar fasiləsi13:00 – 14:00

Mövzular:

Etika niyə vacibdir?
Etik dilemlar – deontologiya və utilitarizm
Liderliyin etikadakı rolu
Biznesdə etik və qeyri-etik davranışlar – qlobal biznes liderlərindən nümunələr
Menecmentdə etika – etik təsir və qeyri-etik manipulyasiya

Bu təlimin sonunda iştirakçılar:

✅ Etikanın əhəmiyyətini başa düşəcəklər.
✅ Möhkəm etik çərçivələr əsasında etik qərarlar qəbul etməyi
bacaracaqlar.
✅ Qlobal liderlərin etik və qeyri-etik davranışlarını təhlil edəcək
və bunun biznesə təsirini anlayacaqlar.
✅ Manipulyasiyadan qorunmağı öyrənəcəklər.
✅ Etik təcrübələri təşviq etmək üçün menecmentdə etik
prinsipləri tətbiq etməyi bacaracaqlar.

Gələcək karyeranıza doğru növbəti addımı atmağa hazırsınızmı?