Bu gün Baku Electronics-in rəhbər heyəti üçün Human Development Center tərəfindən, Toghrul Alakbarov təqdimatında keçirilən təlimin qonaq spikeri oldum. Bu, mənim üçün xüsusi bir dəvət idi, çünki 2009-2011-ci illərdə məhz bu müəssisənin HR Direktoru vəzifəsində çalışmışam.
Şirkət rəhbərliyinin əməkdaşların inkişafına belə böyük önəm verməsi çox müsbət bir haldır. Çünki bu cür layihələrə yatırılan investisiyalar, birmənalı olaraq, biznesin gələcək inkişafına birbaşa təsir göstərir.
Təlim zamanı olduqca maraqlı müzakirələrimiz baş tutdu və əsasən bu fundamental mövzulara toxunduq:
-Rəhbərin sahib olmalı olduğu 1 nömrəli bacarıq
-Biznesin və sahibkarın rəhbərdən gözləntiləri
-Rəhbərin əməkdaşlarla münasibəti
-Komanda bir ailədir, yoxsa idman (futbol) komandası?
-Rəhbər bizneslə bağlı mənfi məlumatları komandası ilə necə bölüşməlidir?
-Rəhbər komandadakı toksik mühiti necə idarə etməlidir?
Fikrimcə, belə təlimlər rəhbər heyəti üçün bir növ “trenajor zalı” rolunu oynayır; onlar öz idarəetmə bacarıqlarını məhz bu cür platformalarda məşq etdirir və inkişaf etdirirlər.
Müzakirə olunan mövzular bir daha göstərdi ki, müasir rəhbər yüksək etikaya sahib olmalı, komandası üçün “rol modeli” təşkil etməli və emosional intellektini (EQ) mütləq inkişaf etdirməlidir. Süni İntellekt (AI) dövründə bu insani və liderlik keyfiyyətləri daha da kritik əhəmiyyət kəsb edir.
Dəvət üçün başda Toghrul Alakbarov olmaqla, Human Development Center və Baku Electronics komandasına təşəkkürümü bildirirəm.