24 May 2025-ci il tarixində KHHR Consultancy şirkətinin Təsisçisi, Təlimçisi və Biznes Müşaviri 10-cu Milli İnsan Resursları Forumunda iştirak edib.
Kamil Hüseynovun çıxışı iştirakçılar tərəfindən çox maraqla qarşılanıb. Kamil Hüseynov iştirakçılara İR sahəsində daha da peşəkar olmaq üçün 5 əsas tövsiyə verib. Verdiyi beş təklif yerindədir və İR sahəsində əsl İR Biznes Partnyoru olmaq istəyən hər kəs üçün olduqca dəyərlidir:
Biznes təfəkkürünüzü inkişaf etdirin: Biznesi dərindən anlamaq çox vacibdir. Onu həqiqətən “öyrəndiyiniz və hiss etdiyiniz” zaman, İR strategiyalarını təşkilatın məqsədləri ilə birbaşa uyğunlaşdıra bilərsiniz.
Ətrafınızda davamçıları yetişdirin: Fikir mübadiləsi və inkişaf mədəniyyətini təşviq etmək təkcə davamçiların planlaması deyil; bu, dayanıqlı və innovativ bir komanda qurmaq deməkdir. Müəssələrin belə davamçılara ehtiyac var. Və hər zaman müəssisələrdə davamçıları yetişdirən liderlərə ən yüksək dərəcədə qayğı və dəstək olur.
CEO-larla onların dilində danışın: İR göstəricilərini maliyyə göstəricilərinə çevirmək, idarə heyətinin dəstəyini qazanmaq üçün əsas olan dəyərinizi nümayiş etdirir.
Ünsiyyətə diqqət yetirin: Effektiv ünsiyyət hər bir təşkilatın həyat damarıdır. Onu daim təkmilləşdirmək boşluqları aradan qaldırmağa və daha güclü əlaqələr qurmağa kömək edir.
İR otağınızı tərk edin: Bu, bəlkə də ən təsirli məsləhətlərdən biridir. İnsanlarınızla birgə olmaq və səmimi söhbətlər etmək həqiqətən də həyatları dəyişdirə bilər.

